Vakansiya Haqqında

Təsviri “Alyans Tekstil” MMC-də Ofis meneceri vəzifəsinə vakansiya elan olunur.
İşin təsviri: - Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyəti şəxslərə, şöbələrə çatdırılması; - Kənar təşkilatlara, müəssisələrə göndərilən məktubların və iclasların protokollarının tərtib olunması;
- Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi.
İş şərtləri: İş yeri: Sumqayıt şəhəri İş rejimi: 5 günlük 08:30-17:30
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Tələblər - Ali təhsil;
- Ən az 1 il iş təcrubəsi;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan, rus və ingilis dilləri - yaxşı səviyyədə;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Kollektivlə işləmə bacarığı.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Ofis meneceri” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur.

Ofis Meneceri
Təhsil Səviyyəsi Ali
İş Təcrübəsi 1 il
Yaş Həddi 25-40 Yaş
Əmək Haqqı Razılaşma

Digər Vakansiyalar


Satış koordinatoru
Alyans Tekstil
Ofis Meneceri
Alyans Tekstil
Satış Müdiri
Alyans Tekstil

«Alyans Tekstil» MMC – müasir standartlara cavab verən, İşçi və xüsusi geyimlərin (kombinezon, uniforma, kostyum, gödəkçə və s.) istehsalı, işçi ayaqqabılarının və fərdi qoruyucu vasitələrin (raspirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğul olan şirkətdir.

Bakı şəhəri, Babək prospekti, 41Q

8.00 AM - 6:00PM
+ 994 12 514 57 10