Vakansiya Haqqında

Təsviri
“Alyans Tekstil” MMC-də Korporativ satış meneceri vəzifəsinə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri: - Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin və təqdimatların təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştəri görüşlərinin nəticələrinin izlənilməsi;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Təklif əsasında müqavilə və digər zəruri sənədlərin hazırlanması.

İş şərtləri
İş rejimi: 5 günlük 09:00-18:00
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq. Korporativ nömrə və benzin xərci şirkət tərəfindən veriləcək. Namizədə olan tələblər
- Ali təhsil;
- Korporativ satış üzrə minimum 3 il iş təcrubəsi;
- Yaş: 25-45; - MS Office proqramlarını bilməli;
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dilləri - əla səviyyədə;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
- Şəxsi avtomobilin olması arzuolunandır.
Uyğun namizədlərin öz CV-lərini 15 fevral 2020-ci il tarixinədək mövzu hissəsinə “Korporativ satış meneceri” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur.

Korporativ satış meneceri
Təhsil Səviyyəsi Ali
İş Təcrübəsi 3-10 il
Yaş Həddi 25-40 Yaş
Əmək Haqqı 500-700 AZN

Digər Vakansiyalar


Satış koordinatoru
Alyans Tekstil
Ofis Meneceri
Alyans Tekstil
Satış Müdiri
Alyans Tekstil

«Alyans Tekstil» MMC – müasir standartlara cavab verən, İşçi və xüsusi geyimlərin (kombinezon, uniforma, kostyum, gödəkçə və s.) istehsalı, işçi ayaqqabılarının və fərdi qoruyucu vasitələrin (raspirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğul olan şirkətdir.

Bakı şəhəri, Babək prospekti, 41Q

8.00 AM - 6:00PM
+ 994 12 514 57 10