Alyans Tekstil

Bizim Yeni Fabrikimiz

    Bizim Yeni Fabrikimiz

  • ALYANS TEKSTIL |
  • 2020-02-08


  • Yanvarın 13-də Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Alyans Tekstil” tikiş fabrikinin açılış mərasimi baş tutub. Dövlətimizin başçısı fabrikin dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmiş tikiş sahəsində istehsal prosesi ilə tanış oldu.

    Fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri -gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, qurutma konveyerləri, loqotip və yazı vurulması üçün boya avadanlığı, naxış və universal tikiş maşınları quraşdırılıb. Toxunan parça texnologiyaya əsasən sərmə, qatlama və kəsmə proseslərindən sonra tikiş sahəsinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur.

    Dövlətimizin başçısı burada istehsal olunan məhsulların nümunələrinə baxdı. Prezident İlham Əliyev fabrikin kollektivi ilə görüşdü, onları təbrik edib gələcək işlərində uğurlar arzuladı.Prezident İlham Əliyev həmçinin ölkənin iqtisadi vəziyyətindən və gələcəkdə ölkənin bu sahədə əldə edəcəyi uğurlardan da bəhs edib.

Digər Xəbərlər
Bizim Yeni Fabrikimiz

Yanvarın 13-də Sumqayıt şəhərində Azərbaycan Respublikasının ...


Alyans Tekstil MMC 4 Yaşını Qeyd Edir

2015-ci il 13 yanvar tarixində ölkə başçısının iştirakı ilə ...


Sumqayıtda “Alyans Tekstil” Tikiş Fabriki Fəaliyyətə Başlayıb

“Alyans Tekstil” MMC fabrikində məhsulların keyfiyyətinə təsi...


wrapkit
Alyans Tekstil ©2020Bütün Hüquqları Qorunur.

«Alyans Tekstil» MMC – müasir standartlara cavab verən, İşçi və xüsusi geyimlərin (kombinezon, kostyum, gödəkçə, uniformalar, respiratorlar və s.) istehsalı, işçi ayaqqabılarının və fərdi qoruyucu vasitələrin (raspirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğul olan şirkətdir.

Bakı şəhəri, Babək prospekti, 41Q

8:30 - 17:30