Alyans Tekstil

Biz Kimik ?

    Biz Kimik ?

  • ALYANS TEKSTIL |
  • 2020-03-12


  • Ölkəmizdə əlverişli biznes şəraitinin olduğu və sosial-iqtisadi inkişafın vüsət aldığı bir dönəmdə özəl sektorun yaranması ölkə iqtisadiyyatına öz müsbət töhvəsini vermişdir.

    Dövlətimizin qeyri-neft  sektorunun inkişafında apardığı siyasət doğrultusunda tekstil sahəsində böyük inkişaflar olmuşdur. Bu sahədə öndə gələn şirkətlərdən biridə 2008-ci il yanvar ayından fəaliyyətə başlayan Alyans Tekstil MMC-dir. 

    Alyans Tekstil MMC  fərdi mühafizə geyimləri, uniformalar, işçi geyimləri və sair sahələrdə dövlət və özəl şirkətlərlə əməkdaşlıq edir. İldən-ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunmuş Alyans Tekstil MMC hazırda tekstil üzrə yüksək səviyyəli xidməti ilə seçilən müasir tekstil fabrikinə çevrilib.

    Şirkətimiz peşəkar satış komandasından, təcrübəli marketoloqlardan, yerli və xarici universitetlərdə təhsil almış savadlı, təcrübəli mütəxəssislərdən ibarət bir kollektiv ilə daima inkişafa doğru addımlayır.

    Müştərilərin fəaliyyət sahəsinin Əmək təhlükəsizliyi qaydalarını nəzərə alaraq müasir tələbata uyğun çeşidli konstruksiyalı modellər təklif edirik.

    Məhsullarımız beynəlxalq standartlara tam uyğun istehsal olunur. İstehsal prosesimiz planlı və keyfiyyətli şəkildə idarə olunur. Əməkdaşlıq etdiyimiz müəssisələrdən daima müsbət rəylər alırıq. Məqsədimiz müştəri məmnuniyyətidir. Keyfiyyətimiz zəmanətimizdir.

Digər Xəbərlər
Bizim Yeni Fabrikimiz

Yanvarın 13-də Sumqayıt şəhərində Azərbaycan Respublikasının ...


Biz Kimik ?

Ölkəmizdə əlverişli biznes şəraitinin olduğu və sosial-iqtisad...


Sumqayıtda “Alyans Tekstil” Tikiş Fabriki Fəaliyyətə Başlayıb

“Alyans Tekstil” MMC fabrikində məhsulların keyfiyyətinə təsi...


wrapkit
Alyans Tekstil © 2020 Bütün Hüquqları Qorunur.

«Alyans Tekstil» MMC – müasir standartlara cavab verən, İşçi və xüsusi geyimlərin (kombinezon, kostyum, gödəkçə, uniformalar, respiratorlar və s.) istehsalı, işçi ayaqqabılarının və fərdi qoruyucu vasitələrin (raspirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğul olan şirkətdir.

visa master-card

Bakı şəhəri, Babək prospekti, 41Q

8:30 - 17:30