Alyans Tekstil

Alyans Tekstil MMC 4 Yaşını Qeyd Edir

    Alyans Tekstil MMC 4 Yaşını Qeyd Edir

  • ALYANS TEKSTIL |
  • 10/01/2020


  • 2015-ci il 13 yanvar tarixində ölkə başçısının iştirakı ilə fəaliyyətə başlayan “Alyans Tekstil” MMC bu il əməkdaşları ilə möhtəşəm tədbirdə bir araya gələrək Ad gününü qeyd etmişdir. Tədbirdə şirkətin kollektivi ilə birgə “Modern Group” holdinqin rəhbər şəxsləri – Anar Bayramov, Rafiq Vəliyev, Dəyanət Ağayev iştirak etmişdir. İlk öncə şirkətin direktoru Adil Cabbarov işçiləri şirkətin ad günü münasibətilə təbrik etmiş və onlara gələcək iş fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra Anar Bayramov tədbir iştirakçılarına öz təbrik və arzularını bildirmişdir. Tədbir zamanı əyləncəli oyunlar keçirilmiş və qaliblər mükafatlandırılmışdır.Son bir ildə işgüzarlığı ilə seçilən işçilər müxtəlif nominasiyalarda təltif olunmuşdur. Doğum günü bu günə təsadüf edən əməkdaşımız təbrik edilmiş və ona hədiyyə verilmişdir.

Digər Xəbərlər
Bizim Yeni Fabrikimiz

Yanvarın 13-də Sumqayıt şəhərində Azərbaycan Respublikasının ...


Alyans Tekstil MMC 4 Yaşını Qeyd Edir

2015-ci il 13 yanvar tarixində ölkə başçısının iştirakı ilə ...


Sumqayıtda “Alyans Tekstil” Tikiş Fabriki Fəaliyyətə Başlayıb

“Alyans Tekstil” MMC fabrikində məhsulların keyfiyyətinə təsi...


İnstagramda Biz

«Alyans Tekstil» MMC – müasir standartlara cavab verən, İşçi və xüsusi geyimlərin (kombinezon, kostyum, gödəkçə və s.) istehsalı, işçi ayaqqabılarının və fərdi qoruyucu vasitələrin (raspirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğul olan şirkətdir.

Bakı şəhəri, Babək prospekti, 41Q

8.00 AM - 6:00PM
+ 994 12 514 57 10