Alyans Tekstil

ÇATDIRILMA QAYDALARI

Sifarişlər məhsulun qabağında xüsusilə qeyd olunmayıbsa ödəniş günündən etibarən 3 iş günü müddətində çatdırılır. Hər hansı fövqəladə durum yaranacaq təqdirdə müştəriyə öncədən məlumat verilir.

Çatdırılma Bakı şəhəri və ətraf bölgələrə edilir. Məhsulların çatdırılma xərci ödəmə zamanı tətbiq olunmuş çatdırılma qiyməti üzrə hesablanır. Bundan başqa Siz, məhsulu qeyd olunmuş mağazamızdan da götürə bilərsiniz. Bunun üçün şirkətimiz ilə əlaqə saxlamalısınız.

Kuryer sizin ünvanınıza gəldiyi zaman sizi (siz və ya sizin adınıza məhsulu təslim alacaq şəxs) tapmadıqda malı geri qaytarır və bu barədə sizi məlumatlandırır. Bundan sonra siz məhsulun yenidən öz ünvanınıza çatdırılmasını sifariş edə bilərsiniz.

Sifarişinizi təslim alarkən kuryerlərdən Hesab-Fakturanı təhvil almağı unutmayın.

Online mağazamızdakı bölmələrdən "Sifariş Tarixçəsi" bölməsindən istənilən vaxt sifarişinizin hansı mərhələdə və harada olduğunu izləyə bilərsiniz. Bunun üçün sifariş kodunuzu daxil etməlisiniz. Əlavə suallarınız varsa E-mail xidməti və ya telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

wrapkit
Alyans Tekstil © 2020 Bütün Hüquqları Qorunur.

«Alyans Tekstil» MMC – müasir standartlara cavab verən, İşçi və xüsusi geyimlərin (kombinezon, kostyum, gödəkçə, uniformalar, respiratorlar və s.) istehsalı, işçi ayaqqabılarının və fərdi qoruyucu vasitələrin (raspirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğul olan şirkətdir.

visa master-card

Bakı şəhəri, Babək prospekti, 41Q

8:30 - 17:30